Ermənistanın keçmiş müdafiə naziri Vigen Sarkisyan barəsində axtarış elan edilib.
Yenisabah.az "Armnian News"a istinadla xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.
Vigen Sarkisyan vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Bundan əvvəl İrəvanın ümumi yurisdiksiya məhkəməsi sabiq nazirin həbsi ilə bağlı vəsatəti təmin edib. pizza hut
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, 2018-ci ilin yanvarında müdafiə idarəsinin balansında olan binada mənzillərin bölüşdürülməsi prosesində Sərkisyan bilərəkdən onun səlahiyyətlərindən kənara çıxan hərəkətlərə yol verib.
Bundan əvvəl Vigen Sarkisyan prokurorluğun hərəkətlərini siyasi təqib adlandırmışdı.
Telegram kanalımız