Ermənistanın keçmiş səhiyə naziri həbs oluna bilər

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanın keçmiş səhiyə naziri həbs oluna bilər

Rəsmi

11 Mart 2023 11:51 727


Ermənistanın keçmiş səhiyyə naziri, hazırda Ermənistan Məclisinin hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Arsen Torosyanın yaxın vaxtlarda həbs olunacağı istisna edilmir.

Yenisabah.az xəbər verir ki, bu barədə “Joqovurd” məlumat yayıb.

Erməni nəşri qeyd edir ki, Ermənistanın ibtidai istintaq orqanı ona Ermənistan İstintaq Komitəsinə gəlməsi və şahid qismində dindirilməsi üçün bildiriş göndərməyə hazırlaşır. Pepperoni pizza

“Bundan başqa, Korrupsiyaya Qarşı Mübarizə Komitəsində Arsen Torosyana qarşı elə faktlar var ki, onun barəsində ictimai cinayət təqibinin başlanması və toxunulmazlığından məhrum edilməsi üçün Baş prokurora ərizə təqdim olunacaq”.

Qeyd edək ki, ötən gün Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi İrəvan merinin müavini, səhiyyə nazirinin sabiq müavini Gevorq Simonyanı və keçmiş səhiyyə naziri Arsen Torosyanın dövründə müxtəlif vəzifələrdə çalışmış daha 10 şəxsi həbs edib.

Erməni nəşrinin məlumatına görə, Torosyanın işi üzrə dindirilmələr intensiv şəkildə davam edir:

“Aldığımız məlumata görə, Ermənistan Dövlət Gəlirləri Komitəsinin vitse-prezidenti Artyom Smbatyan da dindirilib. O, Torosyan nazir olanda yenidən nazir müavini və koronavirusla mübarizə üzrə koordinator olub. Hələlik hüquq-mühafizə orqanlarının əməkdaşları yalnız Smbatyanı dindiriblər və nə olacağını zaman göstərəcək”.

Bundan başqa, qeyd olunur ki, koronaviruslu xəstələrə xidmət göstərən 5 xəstəxananın direktoru da dindirilib:

“Keçmiş səhiyyə naziri Torosyanın üç aparat rəhbəri də dindirilib. Onların arasında, hətta Lusine Koçaryan və Tsaqik Vardanyan da üzləşdirilib. Arsen Torosyana qarşı ifadə verənlər var ki, bu da Torosyanın yaxın gələcəkdə həbs oluna biləcəyini ehtimal etməyə imkan verir”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!