Etibar Əliyev “Facebook”dan getdi

saytların hazırlanması

Evə çatdırılma

Etibar Əliyev “Facebook”dan getdi

Sosial

25 İyul 2022 12:27 1742


Millət vəkili Etibar Əliyev “Facebook” hesabını bağlayıb. 

“Yeni Sabah” xəbər verir ki, sosial şəbəkədə kifayət qədər aktiv olan, xüsusilə elm və təhsillə bağlı paylaşımlar edən deputat sözügedən sosial platformadan uzaqlaşmaq qərarı verib. Deputatın hansı səbəbdən belə bir addım atmasının səbəbi məlum deyil.

Bildirək ki, E. Əliyev sosial şəbəkələr və həmçinin mediada daimi tənqid olunan və tənqidlərin heç birini cavabsız qoymayan deputatlardandır. Hələ ötən il o sosial şəbəkədə paylaşdığı elmi yazılara heç bir reaksiya verilməməsindən şikayətlənmiş, paylaşımlarına biganə yanaşanları dostluğunu tərk etməyə çağırmışdı. Görünür, deputat özü virtual aləmi tərk etməyin daha məqsədəuyğun olduğunu düşünüb. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!