"Bu, hər bir qadının ürəyindən xəbər verəcək mövzudur. 24 illik psixoloq fəaliyyətimdə də mənə müraciət edənlərin içində kişilərə nisbətən qadınlarda obsessiv-kompulsiv pozuntu sayrışan hallar nevrozu olduğu daha çoxdur. Bu hal kişilərdə də var. Daim ananın, bibinin, xalanın nəvazişiylə böyüyən kişilərdə bu özünü daha qabarıq özünü göstərir. Yəni, ətrafında atası dünyasını dəyişmiş ana ilə böyüyən oğlanlarda (kişilərdə) anaların xüsusiyyətini götürdüyündən bu pozuntuların o insanlarda daha tez təzahür etməsi çoxdur. Başqa sözlə, həmişə qadınların arasında olduğundan onlarda əksər vaxt həssaslıq olur”.
Bu sözləri Yenisabah.az-a psixoloq Aytən Ələkbərova obsessiv-kompulsiv pozuntunun (OKP) daha çox qadınlarda olmasının əsaslandırarkən bildirib.
Onun sözlərinə görə, sayrışan nevroz hallarının ən çox qadınlarda olması onlarda daha çox məsuliyyət hissinin olmasıyla əlaqələndirilir: Marqarita pizza
“Obsessiv-kompulsiv pozuntunun daha çox qadınlarda rast gəlməsinin səbəbi onların kişilərə nisbətən daha məsuliyyətli olmalarıdır. İmtahan olduğunu bilib amma yenədə içimizdə bir qorxu hissi olduğu kimi bu da məsuliyyətdən irəli gəlir. Məsələn, ananın həyatı puç olanda ananı başa düşdüyünü deyir. Amma oğlanların hansı reaksiyanı verdiyi məlumdur. Odur ki, qadınların bu sindromdan əziyyət çəkməsinə səbəb onların məsuliyyətli olmaq hissindən daşıyıcı olduğundan irəli gəlir. Çünki onlar dünyaya insan gətiriblər. Bu baxımdan qadın olaraq dünyaya gəldiyinə görə heç kim özünü bədbəxt hesab etməməlidir.
Qadınlarda bu problemin səbəblərindən biri də menstrual tsiklinin pozulmasıdır. Sayrışan hallar nevrozu insanı məhvə doğru aparır. Ona görə də qadınlar arasında bu xəstəlikdən əziyyət çəkənlər daha çoxdur. Kişilərə isə bir təkan lazımdır. Burda menstruasiya tsikli də rol oynayır. Onun davamlı olmaması belə pozuntulara gətirib çıxarır.
Cəmiyyət olaraq çatışmazlığımız hər şeyi əxlaqa birləşdirməyimizdir. Hansısa 50 yaşında qadın çanta seçəndə 29 yaşlı oğlu yerində olan adamın ona irad tutması onda artıq ruh düşkünlüyü formalaşdırır. Əvvəl ata, sonra qardaş, ər, sonra da cəmiyyətin qadağaları qadınlarda bu cür vəziyyətin olmasına gətirib çıxarır. Biz bir qadından görün nələri tələb edirik. 14 yaşlı oğul övladının belə bizi idarə etməsini istəyirik. Saçımızın boyasını dəyişəndə belə artıq onun gözünə qorxu hissiylə baxırıq. Biz ona “yaraşır?” sualını belə bu hisslə veririk. Bu hallardan bir daha aydın olur ki, obsessiv-kompulsiv pozuntuya səbəblər bu cür amillərdən qaynaqlanır.
Qadınlarımızda məsuliyyətdən irəli gələn bu psixi pozuntunun vaxtında öhdəsindən gəlmək lazımdır ki, sonradan dərman aludəçisi olmasınlar. Mənə gün ərzində 10 nəfərə yaxın insan müraciət edirsə onun 4-ü mütləq şəkildə obsessiv kompulsiv pozuntudan əziyyət çəkir.
Psixoloq sonda deyib ki, bu halların əlamətləri hamıda var:
“Vərəm çöplərinin, şizofreniyanın əlamətlərinin hamıda olduğu kimi, obsessiv-kompulsiv pozuntunun da əlamətləri hər kəsdə var. Amma biz onu daha çox düşünürərək inkişaf etməməliyik. Bu bağçadakı çiçəyə su verdiyimiz kimidir. Ruhumuza bəzən lazım olmayan o qədər çirkab suyu səpələyirik. Bu isə lazım deyil”.
İmamət İSMAYILOVA
Telegram kanalımız