Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Əvvəllər məhkum edilmiş sabiq prokurora yenidən hökm oxundu
14 Sen 2021 16:03
571

Əvvəllər məhkum edilmiş sabiq prokurora yenidən hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər Prokurorluğunun sabiq idarə prokuroru Samir Nəsirov və onunla birlikdə təqsirləndirilən Fərid Eldarov və Mətləb Həsənovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Yenisabah.az xəbər verir ki, hakim Faiq Qəniyevin sədrlik etdiyi iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə F.Eldarovla M.Həsənovun hər biri 5 il və S.Nəsirov isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. M.Həsənovun barəsində seçilmiş verilmiş polisin nəzarəti qətimkan tədbiri ləğv edilib və o, məhkəmə zalından həbs olunub.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Bakı Şəhər Prokurorluğunun sabiq idarə prokuroru Samir Nəsirov bundan əvvəl də məhkum olunub.

O, 2018-ci ildə vətəndaşlara qarşı 150 min manatdan çox dələduzluqda təqsirli bilinib.

Həmin vaxt Baş prokurorun əmri ilə prokurorluq orqanlarından xaric edilməklə xidməti araşdırma materialları üzrə cinayət işi başlanıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Nəsirova 2 il sınaq müddəti təyin edilməklə şərti cəza verilmiş və o, məhkəmə zalından azadlığa buraxılmışdı. Hökmdən dövlət ittihamçısının verdiyi apellyasiya və kassasiya protestləri təmin edilməyib. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər