Fiziki tərbiyə müəllimləri üçün seminarlar keçirilib

saytların hazırlanması

Evə çatdırılma

Fiziki tərbiyə müəllimləri üçün seminarlar keçirilib

Sosial

13 Fevral 2019 15:07 981


Ümumi təhsil müəssisələrində fiziki tərbiyə müəllimləri üçün seminarlar keçirilib. 

“Yeni Sabah” xəbər verir ki, Təlimə Dəstək Mərkəzi tərəfindən təşkil olunmuş seminarların əsas məqsədi fiziki tərbiyə müəllimlərinin bilik və bacarıqlarını inkişaf etdirmək, onlarla vəzifə öhdəlikləri ilə bağlı müzakirələr aparmaq və şagirdlərin idmana olan marağının artırılması üçün müəllimlərə metodiki dəstək verməkdən ibarətdir.

Paytaxtın 12 inzibati rayonu üzrə təşkil olunmuş seminarlarda fənnin məzmunu, strategiyası, dərs planlaşdırması, dərs prosesinin daha yaxşı təşkili, qiymətləndirmədə müxtəlif üsul və vasitələrdən istifadə zamanı müəllimlərin qarşılaşdıqları problemlərin həlli yollarının müəyyənləşdirilməsi barədə söhbətlər aparılıb, müəllimlərə müvafiq tövsiyələr verilib. Sezar pizza

Seminarların sonunda mövzu ətrafında müəllimlərlə fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallara aydınlıq gətirilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!