Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Fransa Ermənistana hərbi yardım göstərə bilərmi?  - Səfirdən açıqlama
28 İyl 2021 13:59
2283

Fransa Ermənistana hərbi yardım göstərə bilərmi? - Səfirdən açıqlama

“Fransa Ermənistan hakimiyyəti tərəfindən ünvanlanan bütün müraciətlərə baxmağa hazırdır”.

Yenisabah.az “Armenian News”a istinadla xəbər verir ki, bunu Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Conatan Lakott bildirib.

O, ölkəsinin Ermənistan Respublikasının təhlükəsizliyinin təmin olunmasında iştirakının mümkünlüyü barədə sualı cavablandırarkən deyib ki, bəzi reallıqlar nəzərə alınmalıdır. “Məsələn, Fransa və Ermənistan eyni hərbi ittifaqın üzvü deyil. Ümumiyyətlə, vəzifəmiz gələcək müharibəyə hazırlaşmaq deyil. Bizim rolumuz yeni bir qarşıdurmanın qarşısını almaq və bölgədəki problemli məsələlərin nəhayət həll edilməsinə imkan verəcək siyasi prosesi müşayiət etməkdir”.

Səfir əlavə edib ki, hazırda Fransa Prezidenti Emmanuel Makronun Ermənistana gəlişi üçün dəqiq bir tarix yoxdur. “Prezident Makron yalnız bölgədə gedən siyasi prosesləri dəstəkləməyin həqiqətən faydalı olduğu ortaya çıxanda səfər edəcək”.

 

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər