Gələn həftənin hava proqnozu:   Şimşək, dolu, qar...

saytların hazırlanması

Evə çatdırılma

Gələn həftənin hava proqnozu: Şimşək, dolu, qar...

Sosial

09 Aprel 2023 14:14 1087


Gələn həftə gözlənilən hava şəraiti haqqında məlumat yayılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, Azərbaycanın rayonlarında gələn həftə ərzində hava şəraitinin dəyişkən, fasilələrlə yağıntılı olacağı gözlənilir.

I proses aprelin 10-dan 12-si səhərədək, II proses isə 13-dən 14-ü gündüzədək davam edəcək. Əsasən şimal və qərb rayonlarında yağıntıların intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi əsasən dağlıq və dağətəyi rayonlarda aprelin 10-da 15-18 m/s, 13-də isə arabir 20-25 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimalı var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!