Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Gəncədə Türkiyə vətəndaşını soyanlar tutuldu
21 Sen 2021 10:12
286

Gəncədə Türkiyə vətəndaşını soyanlar tutuldu

Gəncədə Türkiyə Respublikasının vətəndaşına qarşı quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. 

Bu barədə Yenisabah.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Məlumatda bildirilib ki, sentyabrın 20-i gecə saatlarında, Türkiyə Respublikasının vətəndaşı Recep Pehlivan Mustafa Daxili İşlər Nazirliyinin (DİN) “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edərək idarə etdiyi yük avtomobili ilə Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman tanımadığı şəxslərin onu saxladaraq deşici alətlə hədələyib 428 manat nağd pulunu quldurluq yolu ilə ələ keçirdiyini deyib.

Gəncə şəhər Baş Polis İdarəsinin və Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq hadisəsini törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Araşdırmalar nəticəsində məlum olub ki, Ağstafa rayon Qırlı kənd sakini, əvvəllər soyğunçuluq əməlinə görə məhkum olunmuş Rasim Tağıyev, həmyerlisi Kənan Abbasov və tanışı, Sumqayıt şəhər sakini Ramin Sadıqov ilə birlikdə sonuncuya məxsus “Mercedes” markalı avtomobil ilə yük avtomobilində hərəkətdə olan, Receb Pehlivan Mustafanı texniki nasazlıq bəhanəsi ilə işarə edərək saxladıblar. Daha sonra K. Abbasov əlindəki vintaçan ilə onu öldürəcəyi ilə hədələyən zaman R.Tağıyev onun cibindən 420 manat nəğd pulu götürərək oradan uzaqlaşıblar. Şübhəli şəxslər saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər