“Görüşdə məişət məsələləri ilə yanaşı qlobal təkliflər də olmalı idi”

saytların hazırlanması

Evə çatdırılma

“Görüşdə məişət məsələləri ilə yanaşı qlobal təkliflər də olmalı idi”

Siyasət

05 Mart 2019 14:48 1836


“Martın 1-də prezidentlə keçirilən görüşdə bir neçəsini çıxmaq şərtilə, qaldırılan məsələləin hamısı lokal xarakter daşıyır. Mən hesab edirəm ki, ölkənin yaradıcı şəxsləri növbəti toplantıda Azərbaycan əhəmiyyətli, qlobal məsələlərə toxunsalar daha yaxşı olar”.

“Yeni Sabah” xəbər verir ki, bunu Modern.az-a müsahibəsində millət vəkili Siyavuş Novruzov deyib. O, görüşdə müəyyən təkliflərin səsləndirilməsinin önəmli olduğunu, amma dilə gətirilmədiyini qeyd edib: “Bu günə kimi Azərbaycanın müstəqilliyinə gedən yolla bağlı bir film çəkilməyib. Azərbaycanın ikinci dəfə müstəqil respublika olması, Dağlıq Qarabağla bağlı bütün dünya ictimaiyyətinin diqqətini cəlb edən kino əsəri lentə alınmayıb. Bir neçə film var, amma dünya ictimaiyyətinin nəzərini çəkəcək səviyyədə deyil. Çox istərdim belə filmlərin çəkilməsi reallaşsın. Rəssamlar tərəfindən Xocalı ilə bağlı tabloların yaradılması, həmçinin, musiqi əsərlərinin, operanın yazılması, majnıların bəstələnməsi olduqca vacibdir. Yəni Prezidentlə görüşdə, mənzil-məişət problemlərilə yanaşı, bu cür qlobal, Ümumazərbaycan əhəmiyyətli məsələlər də qabardılmalıdır. Məhz bu cür məsələlərin reallaşması üçün yaradıcı insanlara hər zaman diqqət göstərilməlidir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!