Göyçayda suvarma kanalı yarıldı  – FOTO

saytların hazırlanması

Evə çatdırılma

Göyçayda suvarma kanalı yarıldı – FOTO

Hadisə

31 İyul 2026 22:36 99


 

Göyçay rayonunda Şirvan suvarma kanalının yarılması nəticəsində su ətraf əraziyə yayılıb.

“Yeni Sabah''  “azertag.az”a istinadla xəbər verir ki, hadisə rayonun Şahədət Qarabağlar kəndi ərazisindən keçən Şirvan suvarma kanalında baş verib. pizza

Kanalın yarılması nəticəsində su yaxınlıqda yerləşən, yerli sakinlərin “qobu” adlandırdığı dərin çökəkliyə doğru axır.

Hazırda hadisə yerinə aidiyyəti qurumların canlı qüvvəsi və xüsusi texnikası cəlb olunub.

Qəzanın aradan qaldırılması və su axınının dayandırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülür.

Təhlükəsizliyin təmin edilməsi məqsədilə rayon polis şöbəsinin əməkdaşları da əraziyə cəlb olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!