Göz yaşına boğulan Gülyanaq qayınanasına baş əydi - Video

saytların hazırlanması

Evə çatdırılma

Göz yaşına boğulan Gülyanaq qayınanasına baş əydi - Video

Şou

19 Fevral 2020 16:08 780


Xalq artisti Gülyanaq Məmmədova efirdə qayınanası üçün ağlayıb və ona baş əyib. Yenisabah.az xəbər verir ki, ARB TV-nin "Ona qalsa" verilişinin qonağı olan sənətçi qayınanasını ağızdolusu tərifləyib: "Mən də qayınanam kimi qayınana olmağı istəyirəm. Bilmirəm bacaracammı? Mən ona baş əyirəm. Ana səni sevirəm, sənin üçün ölərəm". İfaçı bildirib ki, ayrı-ayrı ölkələrdə olduqları üçün qayınanasını kifayət qədər görə bilmir: "Sonuncu dəfə onun yanında iyun ayında İstanbulda olmuşam. Doymadım. Hər dəfə hava limanında ağlıya-ağlıya ayrılırıq. Deyirəm ki, ana, mən istəyirəm ki, bu ömrü birlikdə yaşayaq. Amma mənim sənətim bura ilə bağlıdır, o isə Türkiyədə öz hörmətini qazanıb. Ömür o qədər sürətlə gedir ki, nə o, nəvələrindən doya bilir, nə də mən ondan doya bilirəm. Allah hamını mehriban etsin. Bütün anaları öpürəm". Qeyd edək ki, Gülyanaq Məmmədovanın qayınanası İstanbulda həkim işləyən Səidə adlı xanımdır. https://www.youtube.com/watch?v=YdEETO7PvWg&feature=youtu.be&fbclid=IwAR29pUqRk5p-phhp0zogA80QOpr4v8NQMVMbr7rMVahroI1fid79f6raExE
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!