“Gözləntimiz Norveçdən yaxşı nəticə ilə dönməkdir” - Qurban Qurbanov

“Gözləntimiz Norveçdən yaxşı nəticə ilə dönməkdir” - Qurban Qurbanov

İdman Veb saytların hazırlanması

29 Noyabr 2023 14:18 777


"Hazırlığımız pis keçmədi. Demək olar ki, hər şey qaydasındadır. Dünən son məşqimizi etdik. Sabah oyun günü daha bir məşq edəcəyik". 

Yenisabah.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsində "Molde" ilə səfər oyunu üçün Norveçə yollanarkən hava limanında jurnalistlərə açıqlamasında deyib. 

O, matçın hər iki komanda üçün vacib olduğunu və buna görə də gərgin keçəcəyini bildirib: "Gözləntilərimiz yaxşı oyun və yaxşı nəticə ilə dönməkdir. İnanıram ki, alınar. Rəqib də eyni fikirdədir. Onların da böyük şansı var. Məncə, meydanda ciddi mübarizə gedəcək". 

Q.Qurbanov "Qarabağ" ilk oyundakı üstünlüyü səfərdə də tətbiq edə biləcəkmi?" sualını isə belə cavablandırıb: "Çox istərdik ki, edək. Amma rəqibin evdə oynamağını nəzərə almaq lazımdır. Onların meydanı süni örtüklüdür. Azarkeşlər də rəqib üçün üstünlükdür. Amma maksimum çalışacağıq ki, öz oyunumuzdan əl çəkməyək. Bunu nə qədər bacardığımızı oyunda görəcəyik". 

Qeyd edək ki, sabah gecə keçiriləcək "Molde" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!