“Gözləyirəm “nasılka”da aparsınlar“ - Əməkdar artist

saytların hazırlanması

Evə çatdırılma

“Gözləyirəm “nasılka”da aparsınlar“ - Əməkdar artist

Şou

01 Avqust 2022 16:21 1240


“Anam Qumru xanım irəvanlı qızıdır, Basarkeçərdə doğulub. Atam isə Göyçə mahalında dünyaya gəlib. Hər ikisi vətən aşiqi, sevdalısıdır. Atam bu dünyanı Qarabağ sevincini yaşamadan dəyişdi. Anam isə hazırda Gəncədə göz əməliyyatı keçirir”.

Yenisabah.az xəbər verir ki, bu sözləri instaqram hesabında Əməkdar artist Aybəniz Haşımova yazıb. 

O qeyd edib ki, anası doğulduğu Basarkeçəri görmək istəyir: Dominos pizza

“Nəhayət ki, uzun müddətdən sonra razılığa gəldi ki, gözlərinin mirvari suyunu duruluğa çıxarsın. Deyir, gözüm yaxşı görsə, sonra gəl, səni də bu həkim əməliyyat etsin.

Anam çox ürəklidir. Neçə vaxtdır gözlərimdə, dişimdə problem var. Qorxumdan gedib, onu aradan qaldırmıram. Əsl müsəlman məsələsi. Yəqin gözləyirəm “nasılka”da aparsınlar. İnşallah ki, elə olmaz”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!