Güclü külək əsəcək, qar yağacaq - Sabahın HAVA PROQNOZU

saytların hazırlanması

Evə çatdırılma

Güclü külək əsəcək, qar yağacaq - Sabahın HAVA PROQNOZU

Sosial

18 Fevral 2024 12:24 17994


Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Yenisabah.az Milli Hidrometeorologiya Xidmətinə istinadla xəbər verir ki, fevralın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 4-7° isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Səhər yağıntılar tədricən kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 0-5° şaxta olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Samir
    NECƏ HAVA OLURSA OLSUN ƏSAS AZƏRBAYCAN XALQINI ALLAH QORUSUN
    2 years ago