Güclü külək əsib, leysan yağıb - FAKTİKİ HAVA 

saytların hazırlanması

Evə çatdırılma

Güclü külək əsib, leysan yağıb - FAKTİKİ HAVA 

Sosial

11 Oktyabr 2023 18:20 436


Oktyabrın 11-i saat 17:00-a olan məlumata əsasən Quba, Qusar, Xaçmaz, Şahbuz, Culfa, Ordubad, Gədəbəy, Gəncə, Neftçala, Biləsuvar, Lerik, Lənkəranda arabir yağış yağıb, şimal qərb küləyi bəzi yerlərdə arabir güclənib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, küləyin maksimal sürəti Bərdə, Şəkidə 18 m/s, Şabranda 16 m/s, Bakıda və Abşeron yarımadasında isə 23 m/s-dək güclənib. 

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.6 metrə çatıb.  pizza sifarişi

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 18 dərəcəyədək, Naxçıvan MR-da 24 dərəcəyədək, Aran rayonlarında 23 dərəcəyədək, dağlıq rayonlarda 8 dərəcəyədək isti olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!