Güllələnən icra başçısının məzarından FOTO

saytların hazırlanması

Evə çatdırılma

Güllələnən icra başçısının məzarından FOTO

Sosial

31 Yanvar 2025 22:45 705


Şuşa şəhərinin keçmiş icra başçısı olan Mikayıl Gözəlovun məzarının görüntüləri yayılıb.

Yenisabah.az Modern.az-a istinadən xəbər verir ki, onun məzarı 27 il işğal altında olmuş Ağdamın Mərzili kəndində yerləşir.

Görüntülərdən erməni işğalı dövründə həm Mikayıl Gözəlovun, həm də ətrafındakı məzarların dağıntılara məruz qaldığı öz əksini tapıb. Pepperoni pizza

Xatırladaq ki, M.Gözəlov Şuşanın və Qarabağdakı digər yaşayış məntəqələrinin müdafiəsində mühüm rol oynayıb. Milli Ordunun ilk rəsmi hərbi hissələrindən olan 816 saylı Şuşa ərazi özünümüdafiə taborunu yaradanlardan biri olub. Şuşanın ermənilər yaşayan Qala dərəsi, Böyük Qala dərəsi, Salatınkənd kəndlərinin azad edilməsi əməliyyatına rəhbərlik edib.

1991-ci ilin dekabrın 11-də Şuşadakı iş otağında güllələnərək öldürülüb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!