Hadrutda daha 8 erməni hərbçisinin qalıqları tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Hadrutda daha 8 erməni hərbçisinin qalıqları tapıldı

Rəsmi

12 İyun 2021 19:57 1148


Azərbaycanın işğaldan azad etdiyi Hadrut rayonu ərazisində daha 8 erməni hərbçisinin qalıqları tapılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Məlumata görə, qalıqları tapılanlar Qarabağdakı döyüş əməliyyatlarının iştirakçıları olub. Onların şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün məhkəmə ekspertizası aparılacaq.

Qeyd edək ki, Ermənistan tərəfinin açıqlamasına görə, Qarabağda hərbi əməliyyatlar dayanandan bəri işğaldan azad olunmuş Azərbaycan torpaqlarında ümumilikdə 1 567 erməni hərbçisinin cəsədi və ya qalıqları tapılaraq, Ermənistana təhvil verilib./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!