Haitidə daşqın: Ölən və itkin düşənlər var

saytların hazırlanması

Evə çatdırılma

Haitidə daşqın: Ölən və itkin düşənlər var

Dünya

05 İyun 2023 12:48 640


Haitidə təsirli olan leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində ilk təsbitlərə görə 8 nəfər itkin düşüb, 15 nəfər ölüb.

Yenisabah.az “Reuters”ə istinadla xəbər verir ki, daşqın ucbatından təxminən 13 400 nəfər evlərindən təxliyə edilib.

Güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində 7 400-dən çox evə ziyan dəyib. pizza mizza

Haiti Baş naziri Ariel Henri hökumətin daşqınlardan zərər çəkənlərə kömək etmək üçün yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq etdiyini bildirib.

Xatırladaq ki, 2016-cı ildə Haitidə “Metyu” qasırğası nəticəsində 800-dən çox insan həlak olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!