Hava şəraiti ilə bağlı ən son vəziyyət   açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Hava şəraiti ilə bağlı ən son vəziyyət açıqlandı

Sosial

17 Sentyabr 2026 10:16 96


Azərbaycanda bəzi rayonlara yağış yağıb, duman müşahidə olunub.

Bu barədə "Yeni Sabah"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Xidmətin sentyabrın 17-si saat 09:00-a olan məlumatına görə, ölkənin əksər rayonlarında hava şəraiti əsasən yağmursuz keçib. Lakin axşam və gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Dominos pizza

Düşən yağıntının miqdarı Balakəndə 15, Qaxın Sarıbaş kəndində 12, Zaqatalada 8, Quba və Qusarda 3, Naftalan və İsmayıllıda isə 1 millimetrədək qeydə alınıb.

Bundan başqa, Şəmkir, Xızı, Şahdağ, Sabirabad və Lerikdə duman müşahidə olunub. Bu ərazilərdə görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!