21 nəfərlik siyahı açıqlandı – Millimiz Avropaya gedir!

saytların hazırlanması

Evə çatdırılma

21 nəfərlik siyahı açıqlandı – Millimiz Avropaya gedir!

İdman

09 Noyabr 2026 17:44 346


Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək heyəti açıqlanıb.

“Yeni Sabah” xəbər verir ki, U-17 yığmasının 2026/2027-ci illər mövsümündə Avropa çempionatının seçmə mərhələsinin I raundunda mübarizə aparacaq futbolçularının adları bəlli olub.

AFFA-nın mətbuat xidmətinin məlumatına görə, baş məşqçi heyətə 21 futbolçu dəvət edib. İnternetdən sifariş

Noyabrın 19-dək Almaniyanın Frankfurt şəhərində olacaq millimiz seçmə mərhələdə üç oyun keçirəcək. Komanda noyabrın 11-də Bakı vaxtı ilə saat 14:00-da Almaniya, noyabrın 14-də saat 19:30-da Şimali İrlandiya, noyabrın 17-də isə saat 14:00-da Litva yığması ilə qarşılaşacaq.

Görüşlərdən ilk ikisi “DFB Kampus”da, sonuncusu isə “Nidda-Sportfeld” stadionunda baş tutacaq.

Millinin heyətinə Oqtay Mehrəliyev, Bilal Hacıyev, Ülvi Abbaslı, Vaqif Nəbiyev, Cihad Sadıqov, Ruslan Quliyev, Turan Ramazanov, Emil Quliyev, Tunar Bayramov, Vaqif Məmmədli, Nicat Əhmədzadə, Əhəd Hacızadə, Yusif Orucəliyev, Şikar Şikar, Tunar Əsgərzadə, Rəsul Balakişiyev, Sübhan Əlizadə, Qafar Babayev, Nazim Əliyev, Yusif Quliyev və Daniil Rəcəbov daxil edilib.

Futbolçuların bir qismi “Qarabağ”, “Neftçi”, “Sabah”, “Sumqayıt”, “Turan Tovuz” və “İmişli” klublarının, həmçinin İspaniyanın “Marcet” və Serbiyanın “Qrafiçar” komandalarının üzvləridir. Oqtay Mehrəliyev isə hazırda klubsuzdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!