“Hələ heç bir telekanal maraqlanmayıb” – Tahir İmanov

saytların hazırlanması

Evə çatdırılma

“Hələ heç bir telekanal maraqlanmayıb” – Tahir İmanov

Rəqəmsal

03 Mart 2019 20:17 1425


“İncəsənət xadimlərinin cənab prezidentlə birgə keçirdiyi gün çox şərəfli gün idi. Demək istədiklərimin hamısını cənab prezidentlə görüşdə dedim”.

Bunu  "Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri, əməkdar artist Tahir İmanov prezident İlham Əliyevlə incəsənət xadimlərinin görüşünə münasibət bildirərkən deyib.

2015-ci ildən efirlərə çıxmaq qadağası qoyulan İmanov qardaşlarına  bununla bağlı hər hansı zəng olmayıb. “Cənab prezidentlə görüşdən sonra  hələ  ki, heç bir zəng olmayıb. Həftə sonudur. Qeyri-iş günüdür. Yəqin ki, gələn həftənin əvvəli televiziyalardan zənglər olacaq. Buna şübhə etmirəm. Cənab prezidentin sözünü kimsə iki edə bilməz”. pizza

Tahir İmanov bildirib ki, bir qədər səbirli olmaq lazımdır. “Hələ ki, heç bir televiziya əməkdaşlıq məsələsi ilə bağlı bizə zəng etməyib. Düşünürəm ki, bir qədər səbirli olaq! Üzümüzə gələn növbəti həftəni gözləyək və görək nə olacaq. Hələlik heç bir yenilik yoxdur”

Qeyd edək ki, bir müddət əvvəl Tahir İmanov  mətbuata açıqlamasında 2015-ci ilin mayından etibarən bütün televiziyalar tərəfindən Planet Parni iz Baku" KVN teatrının əməkdaşlarına  efir qadağası qoyulduğunu bildirib.

Modern.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!