BRİCS Sammitində İran Prezidenti Məsud Pezeşkianın rəsmi çıxışı zamanı diqqətçəkən və sosial şəbəkələrdə müzakirələrə səbəb olan insident yaşanıb.
“Yeni Sabah” xəbər verir ki, İran dövlət başçısının kürsüdə olduğu vaqda Hindistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Randhir Caysvalın davranışı protokol qaydaları baxımından maraqla qarşılanıb.
Məlumata görə, Pezeşkianın çıxışı davam edərkən Hindistan diplomatik nümayəndə heyətinin tərkibində əyləşən Caysvalın diqqətini çıxışa deyil, qəlyanaltıya yönəltdiyi müşahid olunub. Diplomatın dəfələrlə qarşısındakı qabdan çərəz götürərək yeməsi kameraların obyektivindən qaçmayıb. pizza sifarişi
Görüntülər geniş rezonans doğurduqdan sonra sammit təşkilatçıları və ya protokol heyəti tərəfindən müdaxilə olunub və həmin çərəz qabı bir müddət sonra Randhir Caysvalın yanından götürülüb. Hadisə rəsmi diplomatik dairələrdə və mediada sammitin protokol etikası çərçivəsində geniş müzakirə mövzusuna çevrilib.
Nazim Hacıyev
Telegram kanalımız