Hollivud süni intellektə təslim olur

saytların hazırlanması

Evə çatdırılma

Hollivud süni intellektə təslim olur

Rəqəmsal

07 Avqust 2026 16:13 87


Hollivud film istehsalında süni intellektdən istifadəyə uzun müddət ehtiyatla yanaşsa da, texnologiyanın xərcləri azaltması və istehsal prosesini asanlaşdırması kino sənayesində münasibəti dəyişməyə başlayıb.

“Yeni Sabah” xarici mətbuata isdinadən xəbər verir ki, süni intellektə qarşı çıxanlar arasında “The Backrooms” filminin rejissoru Kane Parsons da olub. O, texnologiyanı aradan qaldırmaq istədiyini bildirib. Tanınmış rejissor Christopher Nolan isə süni intellekti “Troya atı”na bənzədib.

Müqavimətin digər nümunəsi Amazon Prime üçün hazırlanması planlaşdırılan “Punky Duck” animasiya serialı olub. Layihənin süni intellektdən istifadə edilərək hazırlanması planlaşdırılırdı. Lakin rejissor aldığı ölüm təhdidlərindən sonra layihədən ayrılıb və serial ləğv edilib. pizza mizza

“Star Wars”un yaradıcısı George Lucas isə süni intellektlə bağlı fərqli mövqe nümayiş etdirib. O, texnologiyanın gələcəyin bir hissəsi olduğunu və onun qarşısını almağın mümkün olmadığını bildirib.

Artıq Hollivudda süni intellektdən real layihələrdə istifadə nümunələri də artır. Netflix-də yayımlanan “The American Experiment” sənədli filmində tarixi müharibə görüntüləri və canlandırmalarla yanaşı, 17 dəqiqəlik süni intellektlə hazırlanmış görüntülərdən istifadə olunub.

“Young Washington” filmində də təhlükəli səhnələrdə dublörlərin həyatını riskə atmamaq üçün süni intellektdən istifadə edilib. Filmdə 15 metrlik sel görüntüsü bu texnologiya vasitəsilə yaradılıb.

Netflix-in həmsədri Ted Sarandos hesab edir ki, süni intellekt aktyorların rolunu tam əvəz etməyəcək. Onun fikrincə, yaxşı əsərlərin yaradılması üçün yenə də peşəkar aktyorlara ehtiyac var və süni intellekt yaradıcı insanların ideyalarını reallaşdırmasına kömək edə bilər.

Bu proses böyük kino şirkətləri ilə süni intellekt şirkətləri arasında əməkdaşlıqları da sürətləndirir.

Netflix süni intellekt yönümlü prodakşn şirkəti InterPositive-ı 600 milyon dollara satın alıb. A24 studiyası isə Google-un DeepMind şirkəti ilə süni intellekt alətlərinin hazırlanması üçün 75 milyon dollarlıq əməkdaşlıq qurub.

Disney də OpenAI ilə müqavilə imzalayaraq öz personajlarının süni intellekt vasitəsilə görüntülərin yaradılmasında istifadəsinə imkan verib.

Beləliklə, əvvəllər süni intellektə qarşı daha sərt mövqe nümayiş etdirən Hollivud artıq texnologiyanı tamamilə rədd etmək əvəzinə, ondan istehsal xərclərini azaltmaq və yaradıcılıq imkanlarını genişləndirmək üçün istifadə etməyə başlayır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!