Horadizdə insan həyatına təhlükə yaradan qurğunun fəaliyyəti dayandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Horadizdə insan həyatına təhlükə yaradan qurğunun fəaliyyəti dayandırıldı

Sosial

03 Avqust 2024 13:17 532


Füzuli rayonunun Horadiz şəhərində fəaliyyət göstərən avtokranda plan üzrə yoxlama aparılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

"Yoxlama zamanı avtokranın yük qarmağının yuxarı həddini məhdudlaşdıran avtomatik qurğunun quraşdırılmadığı müəyyənləşdirilib. pizza mizza

Göstərilən halın insan həyatı və sağlamlığı üçün təhlükəsi nəzərə alınaraq, FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən qanunvericiliyə uyğun olaraq inzibati akt tərtib edilməklə avtokranın fəaliyyəti dayandırılıb", - deyə məlumatda qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!