Hüquqşünas alim qızıl medalla təltif olundu

saytların hazırlanması

Evə çatdırılma

Hüquqşünas alim qızıl medalla təltif olundu

Sosial

10 Fevral 2021 17:29 1419


Hüquq üzrə fəlsəfə doktoru, dosent Əlövsət Allahverdiyev Beynəlxalq “Avropa Nəşr Mətbuat Evi” mükafat komissiyasının qərarına əsasən “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı və diplomu ilə təltif olunub.

“Yeni Sabah” xəbər verir ki, alimə mükafat istedadlı gənc mütəxəssislərin hazırlanması, onlara vətənpərvərlik hisslərinin aşılanmasında səmərəli fəaliyyətinə, cəmiyyətdəki fəal ziyalı mövqeyinə, beynəlxalq cinayətlər sahəsində apardığı elmi araşdırmalara, dərs vəsaitlərinə və ölkədə hüquq elminin inkişafı tarixində göstərdiyi xidmətlərinə görə verilib.

Əlövsət Allahverdiyev insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və soyqırımı cinayətlərinin araşdırılması və təhlil olunmasında əhəmiyyətli işlər görüb. Hazırda o, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində törədilmiş beynəlxalq cinayətlərlə bağlı dərslik üzərində çalışır. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!