İbrahim İbrahimli üçün yas mərasimi keçirilməyəcək

saytların hazırlanması

Evə çatdırılma

İbrahim İbrahimli üçün yas mərasimi keçirilməyəcək

Sosial

17 İyun 2021 16:57 1207


Dünən vəfat edən sabiq deputat, tanınmış müxalifət funksioneri İbrahim İbrahimli üçün yas mərasimi keçirilməyəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə onun kürəkəni tanınmış politoloq Toğrul İsmayıl məlumat yayıb.

“Dünən qaynatam, dostum və gözəl insan İbrahim İbrahimli dünyasını dəyişdi və Balaxanı qəbirstanlığında torpağa tapşırıldı. Hüznümüzə şərik olan, dəstək verən, başsağlığı diləyən bütün dəyərli insanlarımıza ailəmiz adından xüsusi təşəkkür edirəm. Dualarınız əksik olmasın. Allah hər kəsdən razı olsun. Əfsuslar olsun ki, günümüzün bəlası olan Covid-19 pandemiyası ilə əlaqədar olaraq məcburən heç bir yas mərasimləri nəzərdə tutulmayıb və keçirilməyəcək. Bir daha çox sağ olun. Var olun. Allah rəhmət eləsin. Məkanı cənnət olsun”, - deyə professor qeyd edib. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!