Dünən baş verən avtomobil qəzası zamanı ayağı sınan müğənni İbrahim Tatlısəs qəzadan sonra konsert verib.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 70 yaşlı sənətçi qəzadan düz 12 saat sonra əlil arabası ilə səhnəyə çıxaraq oxuyub.
İbo bir tərəfdən mahnılarını oxuyub, digər tərəfdən də pərəstişkarlarına yaşadığı qəzanın təfərrüatlarını danışıb. Sezar pizza
Qəzadan sonra atasını tək buraxmayan Tatlısəsin övladları Dilan və İdo da konsert zamanı onun yanında olublar.
Qeyd edək ki, dünən səhər saatlarında sənətçi İbrahim Tatlısesin də olduğu mikroavtobus qəzaya düşüb. O, təcili xəstəxanaya çatdırılıb.
Telegram kanalımız