İcra başçısı ağsaqqallarla bir arada: Əvvəl söhbət, sonra ziyafət...   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısı ağsaqqallarla bir arada: Əvvəl söhbət, sonra ziyafət... - Fotolar

Sosial

08 Avqust 2024 14:56 864


Beyləqan Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizov Tarix-Diyarşünaslıq muzeyinin akt zalında rayon ağsaqqalları ilə görüşüb. Görüşdə icra başçısının müavini və aparatın şöbə müdirləri də iştirak edib. 

Rayon rəhbəri rayonun ağsaqqalları, ictimaiyyət arasında nüfuz və hörmətə malik insanlarla  görüşməyin çox xoş olduğunu bildirərək qeyd edib ki, sizin kimi insanlarla fikir mübadiləsi etmək, məsləhət və təkliflərinizi öyrənmək işimizə ancaq müsbət təsir göstərə bilər. 

Ə.Əzizov vurğulayıb ki, dövlət müstəqilliyimizin möhkəmləndirilməsində, vətənimizin davamlı inkişafında, ictimai-siyasi sabitliyin qorunub saxlanılmasında, elm, təhsil və mədəniyyətimizin inkişafında, gənc nəslin yetişməsi və formalaşmasında ağsaqqalların müstəsna xidmətləri var.  Toyuqlu pizza

Görülən və görüləcək işlər barədə danışan rayon icra hakimiyyətinin başçısı onu da bildirib ki, görülən bütün yaxşı işlər bundan sonra da davam etdiriləcək.

Tədbirdə çıxış edən rayon Ağsaqqallar şurasının sədri Etibar İmanov ağsaqqalların cəmiyyətin inkişafındakı mövqeyindən bəhs etmiş, rayon ağsaqqallarının adından ziyalılara, ağsaqqallara göstərilən diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişdir. 

İfrat Məhərrəmov, Rafiq Şirinov, Ələmşah Məmmədquliyev və rayonun digər ağsaqqalları Beyləqanın inkişafına hərtərəfli köməklik göstərən ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıq bildirdilər, dövlət başçısının qarşıya qoyduğu vəzifə və tapşırıqları yerinə yetirmək işində  rayon rəhbərinə uğurlar arzuladılar. 

Tədbirdə yaşlı nəslin nümayəndələri əldə edilən uğurlarla yanaşı, mövcud problemlərdən də bəhs edib və təkliflər səsləndiriblər. 

Görüş iştirakçıları onların məsləhət və tövsiyyələrini dinlədiyi üçün Beyləqan Rayon İcra Hakimiyyətinin başçısına minnətdarlıqlarını bildiriblər. 

Sonda ağsaqqallar üçün “Sərin qala” restoranında ziyafət təşkil edilib. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!