İcra başçısı bu maşından almaq istəyir

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısı bu maşından almaq istəyir

Avto

30 İyun 2019 11:12 2659


Kəlbəcər Rayon İcra Hakimiyyəti qurumun aparatı üçün Mercedess Benz S350 model minik avtomibilinin alınması üçün tender elan edib.

“Yeni Sabah” xəbər verir ki, bununla bağlı icra hakimiyyəti rəsmi qəzetlərdə tender elanı yayıb. Bundan sonra məcburi köçkün rayonu olan Kəlbəcərin icra hakimiyyətinin belə bahalı avtomobil almaq niyyəti tənqid olunub.

Sosial şəbəkələrdə qeyd edilib ki, məcburi köçkünlərin böyük əksəriyyətinin ehtiyac içində olduğu bir vaxtda icra başçısının belə maşın alması və bunu elan olaraq yayması doğru deyil. pizza mizza

Qeyd edək ki, sözügedən avtomobilin yeni modelinin satış qiyməti 130 min dollardan başlayır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!