İcra başçısı əil vətəndaşın evinə getdi, hədiyyə verdi   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısı əil vətəndaşın evinə getdi, hədiyyə verdi - Fotolar

Sosial

04 Oktyabr 2024 18:35 806


Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Milabad qəsəbəsində sağlamlıq imkanı məhdud vətəndaşı evində ziyarət edib, onun əlil arabasına olan ehtiyacını təmin edib. 

Beyləqanda rayon rəhbərliyi tərəfindən vətəndaşların bütün müraciətlərinə həssaslıqla yanaşılır və əhalinin etibarlı sosial müdafiəsinin təmin olunması istiqamətində müvafiq tədbirlər uğurla icra edilir. 

Bu gün Beyləqan Rayon İcra Hakimiyyəti daha bir rayon sakinin ailəsində sevincə səbəb olub.  Toyuqlu pizza

Belə ki, rayonun Milabad qəsəbə sakini Yeganə Mürsəlova sağlamlıq imkanları məhdud olduğu üçün əlil arabası ilə təmin olunmasına köməklik göstərilməsini xahiş edib. 

Bu gün isə Beyləqan Rayon İcra Hakimiyyətinin dəstəyi ilə fiziki məhdudiyyətli Yeganə Mürsəlovaya əlil arabası yaşadığı ünvanda təqdim edilib, əlavə olaraq vətəndaşa maddi köməklik göstərilib. 

Yeganə Mürsəlova müraciətinin qısa zaman ərzində həyata keçirildiyi üçün minnətdarlığını bildirib. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!