İcra başçısı hadisə yerində - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısı hadisə yerində - Fotolar

Hadisə

09 Yanvar 2020 07:46 1095


Bu gün Badamdar qəsəbəsində baş verən sürüşmə yerinə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov gəlib. 

"Yeni Sabah"ın "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov bildirib ki, hadisə nəticəsində eni 80, uzunluğu 100 metr olan torpaq kütləsi sürüşüb: "Hazırda monitorinqlər davam etdirilir, ölçmə işləri aparılır. Sürüşmə aktivdir, gərginlik var”.

O qeyd edib ki, torpaq kütləsi yolu tam bağlayıb: "Sürüşmə restoran divarlarının dibinə kimi gəlib. Burada yaşayış evləri yoxdur. Yamacın aşağısında yerləşən evlərə isə hələ ki, təhlükə yoxdur”.  Sezar pizza

Əziz Qaralov əlavə edib ki, bu sürüşmə yeni deyil: "Bir il öncə baş verən sürüşmə sahəsinin üzərindəki torpaq kütləsi yenidən sürüşərək yolu qapayıb”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!