İcra başçısı nüfuzlu medalla təltif olundu   - FOTO

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısı nüfuzlu medalla təltif olundu - FOTO

Sosial

18 Mart 2024 11:35 536


Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib. 

Yenisabah.az xatırladır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq 2023-cü il “Heydər Əliyev İli” elan olunub. Bu əlamətdar il ilə bağlı təsdiqlənmiş “Tədbirlər Planı”na əsasən, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təsis edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə bir sıra şəxslər “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunublar. Onların arasında Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əzizov Əziz İmran oğlu da var. 

Qeyd edək ki, Əziz Əzizov 9 dekabr 1963-cü ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 12 noyabr 2019-cu ildə ilə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Bundan əvvə Bakının Yasamal rayonu və Cəlilabad rayonu icra hakimiyyətinin başçısı vəzifələrində çalışıb.  Sezar pizza

Təbrik edirik! 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!