İcra başçısı qazinin doğum gününü evində təbrik etdi    - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısı qazinin doğum gününü evində təbrik etdi  - Fotolar

Sosial

10 Oktyabr 2024 18:01 841


10 oktyabr 2024-cü il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov hüquq-mühafizə orqanlarının rəhbərləri və RİH-in məsul nümayəndələri ilə birgə Vətən Müharibəsi qazisi Orxan Həsənovu doğum günü münasibətilə evində ziyarət edib, qazimizə Rayon İcra Hakimiyyətinin hədiyyəsi təqdim edilib. 

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Vətən Müharibəsinin iştirakçılarından biri, ölkəmizin suverenliyi uğrunda döyüşlərdə yaralanmış qazimizi doğum günü münasibətilə təbrik edib, ona şəxsi həyatında və gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayıb. RİH başçısı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə edilən qələbədən, Azərbaycan ordusunun qüdrətindən, əsgər və zabitlərimizin qəhrəmanlıqlarından bəhs edərək öz qanı və canı bahasına Vətən torpağını müdafiə edən hər bir şəxsin dövlət tərəfindən diqqətdə saxlanıldığını vurğulayıb. 

Orxan Həsənov göstərilən yüksək diqqət və qayğıya görə dərin təşəkkürünü və minnətdarlığını bildirib.  pizza hut


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!