Bu gün Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri və RİH başçısı aparatının nümayəndələri ilə birgə antiterror əməliyyatları zamanı döyüşərək qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış Həmidli Həmidin ailəsinə baş çəkiblər.
Yenisabah.az xəbər verir ki, ziyarət zamanı Beyləqan RİH başçısı Əziz Əzizov şəhidimizin ailə üzvlərinə başsağlığı verərək bildirdi ki, ərazi bütövlüyü və suverenliyimiz uğrunda canlarından keçən bütün şəhidlərimizin ruhu xalqımız üçün əzizdir. Onların ailə üzvlərinə dəstək olmaq, köməklik göstərmək borcumuzdur.
Şəhid Kapitan Həmidli Həmidin ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlığını bildirərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də rayon rəhbərliyinə öz təşəkkürünü bildiriblər. pizza hut
Telegram kanalımız