Torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarımızın əziz xatirəsi ölkəmizin hər yerində olduğu kimi Suraxanı rayonunda da daim ehtiramla anılır.
Rayon rəhbərliyi ərazi bütövlüyümüz uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının ailələrini mütəmadi olaraq evlərində ziyarət edir, onlara mənəvi dəstək olur.
27 Sentyabr – Anım Günü ərəfəsində də rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov, RİHB-nin müavinləri və şöbə müdirləri rayonun Vətən müharibəsinin şəhidi Mustafazadə Ceyhun Şükür oğlunun ailə üzvlərini ziyarət edib. pizza
Telegram kanalımız