İcra başçısı şəhid ailəsinin dərdinə şərik oldu - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısı şəhid ailəsinin dərdinə şərik oldu - Fotolar

Sosial

18 Oktyabr 2024 14:48 298


Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Salahlı Elgiz Nurəddin oğlunun şəhadətinin dördüncü ildönümü ilə əlaqədar boya-başa çatdığı ata ocağında il mərasimi keçirilib.

Yenisabah.az xəbər verir ki, mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP rayon təşkilatının və hüquq-mühafizə orqanlarının rəhbərləri, qazilər, ictimaiyyət nümayəndələri də iştirak ediblər. Mərasimdə vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirələri ehtiramla anılıb ruhlarına dualar oxuub.

Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib. Dördpendirli pizza

Salahlı Elgiz Nurəddin oğlu 1992-ci il sentyabr ayının 11-də Beyləqan rayonunda anadan olub.

Sentyabrın 27 də başlayan hərbi əməliyyatlara könüllü qoşulan qəhrəmanımız 27 yaralı əsgərin döyüş bölgəsindən çıxarılmasında fəallıq göstərib qəhrəmancasına döyüşərək şəhid olub.

Oktyabrın 18-i şəhidimizin nəşi doğulduğu Beyləqan rayonunda torpağa tapşırılıb.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən, Salahlı Elgiz Nurəddin oğlu ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!