İcra başçısı şəhidin 40 mərasimində - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısı şəhidin 40 mərasimində - FOTOLAR

Sosial

01 Noyabr 2023 17:21 727


Noyabrın 1-də Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı  şəhid olmuş ordumuzun hərbi qulluqçusu Qasımzadə İnqilab Füzuli oğlunun 40 mərasimi keçirilib. 

Yenisabah.az xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı Rayon İdarəsinin rəisi Rauf Məmmədov, Rayon Məhkəməsinin sədri Rasim Kazımov, RİHB-nin müavinləri və şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər. 

Qasımzadə İnqilab Füzuli  oğlunun Zığ qəsəbə qəbiristanlığında məzarı ziyarət olunub, Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi yad edilib, ruhlarına dualar oxunub.  Marqarita pizza


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!