İcra başçısı şəhidin evinə getdi, ailəsinə təsəlli verdi -   FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısı şəhidin evinə getdi, ailəsinə təsəlli verdi - FOTOLAR

Sosial

22 Oktyabr 2024 16:24 299


Beyləqan rayonu Birinci Şahsevən kəndində şəhid Sehrulla Quliyevin ildönümü qeyd olunub.

Yenisabah.az xəbər verir ki, Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Quliyev Sehrulla Xeyrulla oğlunun şəhadətinin dördüncü ildönümü ilə əlaqədar boya-başa çatdığı ata ocağında il mərasimi keçirilib.

Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri də iştirak ediblər. Mərasimdə vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirələri ehtiramla anılıb, ruhlarına dualar oxunub. pizza hut

İcra başçısı Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabrın 27-də başlanan və 44 gündə qələbə ilə başa çatan Vətən Müharibəsinin tarixi əhəmiyyətindən danışıb, Sehrulla Quliyev və onun kimi igid, qəhrəman şəhidlərimizin qanının yerdə qalmadığını diqqətə çatdırıb.

RİH-in başçısı şəhid ailələri və qazilərin hər zaman Prezident cənab İlham Əliyev tərəfindən diqqət və qayğıda saxlanıldığını diqqətə çatdırıb. Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılığını ifadə ediblər. Buna görə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!