İcra başçısı tapşırdı, məmur qazini evində ziyarət etdi - FOTO

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısı tapşırdı, məmur qazini evində ziyarət etdi - FOTO

Sosial

26 İyul 2024 17:16 629


Bu gün Beyləqan Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizovun tapşırığına əsasən aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Heybət Əliyev 2-ci dərəcəli Vətən Müharibəsi əlili Hüseynov Elşad Şəftər oğlunu yaşadığı evdə ziyarət edib. 

Məsul əməkdaşlar Birinci Şahsevən kənd sakini, qazi Hüseynov Elşad Şəftər oğlunun səhhəti və problemləri ilə maraqlanıb, ailəsinə sovqatlar çatdırıb, valideynlərinə belə vətənpərvər övlad yetişdirdiklərinə görə minnətdarlıq hisslərini ifadə ediblər. 

Qazi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında keçirilən döyüşlər nəticəsində torpaqlarımızın düşmən tapdağından azad olunmasında iştirakından fəxrlə söhbət açıb.  pizza mizza

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!