İcra başçısı xanım direktoru özünə müavin təyin etdi

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısı xanım direktoru özünə müavin təyin etdi

Rəsmi

16 İyul 2019 13:18 4704


Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov  özünə yeni müavin təyin edib. 

“Yeni Sabah” Unikal.org-a istinadən xəbər verir ki, Siraqəddin Cabbarovun əmri ilə, Ceyran Xəlilova Sabirabad rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin olunub.

O, bu təyinata qədər Sabirabad rayon Ü.Hacıbəyli adına Musiqi məktəbinin direktoru vəzifəsində çalışıb. Dominos pizza

Xəbəri Sabirabad rayon İcra Hakimiyyətindən  təsdiqləyiblər.

Qeyd edək ki, bir müddət öncə Sabirabad rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin keçmiş müdiri Babayeva Şahnaz Feyzulla qızı öz ərizəsi ilə işdən çıxıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!