İcra başçısı xanım müavinini işdən çıxardı

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısı xanım müavinini işdən çıxardı

Sosial

29 Aprel 2025 11:28 5302


İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının xanım müavini işdən çıxarılıb. 

“Yeni Sabah” qaynarinfo.az-a istinadən xəbər verir ki, RİH başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əhmədova Sevil Kazım qızı bir neçə gün əvvəl yaşa görə təqaüdə göndərilib. 

Bu barədə İcra Hakimiyyətinin başçısı Nahid Bağırov müvafiq əmr imzalayıb.  pizza hut

Qeyd edək ki,  Sevil Kazım qızı Əhmədova uzun illər rayonun aparıcı sahələrində rəhbər işdə, dövlət qulluğunda çalışıb, 2000-ci ildən İcra Hakimiyyətində yenidən dövlət qulluğunda fəaliyyət göstərməyə başlayıb. 2015-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!