Quba rayonunun ərazisində baş verən güclü yanğın davam edir.
“Yeni Sabah” xəbər verir ki, Şabran rayonu ərazisindən başlayan yanğın hazırda Qubanın Zərqova kəndi ərazisində davam edir.
Bələdiyyə torpaqları ərazisindəki kolluqlarda baş verən yanğının qarşısını almaq mümkün olmayıb. Toyuqlu pizza
Hadisə yerinə bölgənin hüquq mühafizə orqanlarının rəhbərləri və Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev də gəlib.
Telegram kanalımız