İcra başçısına yeni birinci müavin təyin edildi

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısına yeni birinci müavin təyin edildi

Sosial

16 Yanvar 2020 09:33 1493


Gəncə Şəhər İcra Hakimiyyətində yeni kadr təyinatı olub.

"Yeni Sabah"ın "Report"a istinadən məlumatına görə, Səməd İsaq oğlu Tomuyev şəhər icra başçısının birinci müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, S.Tomuyev bundan əvvəl Gəncə Şəhər İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin istehsal və xidmət sahələri sektor müdiri vəzifəsində çalışıb. Marqarita pizza

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsini isə bundan əvvəl Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 31 oktyabr 2019-cu il tarixli sərəncamı ilə Xaçmaz rayonunun icra başçısı təyin olunmuş Elnur Rzayev icra edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!