İcra başçısından iki yeni TƏYİNAT

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısından iki yeni TƏYİNAT

Siyasət

27 Yanvar 2020 07:14 1100


Ağsu rayon İcra Hakimiyyətində yeni təyinatlar olub.

“Yeni Sabah” xəbər verir ki, bu barədə sözügedən qurumdan məlumat verilib.

Bildirilib ki, Kərimli Füzuli Adil oğlu Ağsu rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini, Orucov Mirqubat Oruc oğlu isə İcra Hakimiyyəti başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri təyin ediliblər. pizza hut

Xatırladaq ki, bu vəzifəyə qədər Füzuli Kərimov İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Mirqubat Orcov isə İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini vəzifəsində çalışıb.

Bir müddət əvvəl Ağsu rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Rasim Novruzov səhhəti ilə əlaqədar, digər müavin İqbal Mikayılov isə öz xahişi ilə vəzifələrindən azad edilmişdi. (Trend)

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!