İcra başçısından oğlu ilə bağlı xəbərə   - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısından oğlu ilə bağlı xəbərə - Açıqlama

Siyasət

03 Sentyabr 2019 16:34 1237


Saatlı İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov oğlunun Kanadada mülklərinin olmasıyla bağlı xəbərlərə münasibət bildirib.

Saatlı rayon İcra Hakimiyyətindən "Yeni Sabah”a daxil olan açıqlamada icra başçısı  xəbərin həqiqətə uyğun olmadığını bildirib.

“Guya oğlum Anar İsmayılov Kanadanın paytaxtı Torontonun “North York” bölgəsində dəyəri 1 milyon 300 min dollar olan mülk alıb və həmin əmlakın alınmasına dair çıxarışın surəti yayılıb. Bildirirəm ki, yazıda qeyd olunanlar əsasız və böhtan xarakterlidir. Mən bunları rədd edir, dərc olunan sənədin saxta olduğunu bildirir və bəzi KİV-lərin reytinq naminə dəqiqləşmə aparmadan yalan məlumat yaymalarından dərin təəssüf hissi keçirirəm”, - deyə Nazim İsmayılov əlavə edib. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!