İcra başçısının məhkəməyə verdiyi qazini polis saxlayıb

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısının məhkəməyə verdiyi qazini polis saxlayıb

Sosial

01 Aprel 2025 09:38 31847


Bir neçə gün əvvəl Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev tərəfindən məhkəməyə verilən 44 Günlük Vətən Müharibəsinin qazisi Ceyhun Ağayev dünən gecə saatlarında saxlanılıb. 

Bu barədə Gununsesi.info-ya onun yaxınları deyib. Onun hansı səbəbdən saxlanıldığı bəlli deyil.

Onu da qeyd edək ki,  icra başçısı  veteranın Cinayət Məcəlləsinin 147 (böhtan) və 148 -ci  (təhqir) maddəsi ilə cəzalandırılmasını istəyir. pizza hut

Ceyhun Ağayev iddia edib ki, o, Suraxanı rayonunda qanunsuz tikintilərin inşası  üçün rüşvət alınmasına qarşı çıxdığı, həmçinin Adil Əliyevin vətəndaş qəbulunda onunla mübahisə etdiyi üçün cəzalandırılır.

Qeyd edək ki, Ceyhun Ağayevin adı indiyədək bir neçə qalmaqallı olaylarda çəkilib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!