İcra başçısının müavini qazdoldurma məntəqəsi açdı –   Sakinlərdən etiraz

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısının müavini qazdoldurma məntəqəsi açdı – Sakinlərdən etiraz

Rəsmi

09 İyul 2019 08:13 736


“İsmayıllı rayon İcra hakimiyyəti başçısının müavini Sevil  Əhmədova vəzifə səlahiyyətlərindən sui-istifadə edərək çoxlu sayda rayon sakininin həyat və sağlamlığını ciddi təhlükə qarşısında qoyub”.

Bunu “Yeni Sabah”a İsmayıllı rayonu İsmayıllı kənd sakini Abdullayev Araz Mikayıl oğlu deyib. 

Bu haqda şikayət edən sakin bildirir ki, İsmayıllı rayonu Nizami küçəsi ərazisində fəaliyyət göstərən maye qaz yanacaq doldurma məntəqəsi yaşayış evlərinin və ticarət obyektlərinin əhatəsində, lap yaxınlığında inşa edilib. Marqarita pizza

“Buna görə orada yaşayan sakinlərin və ticarət obyektində işləyən sahibkarların həyat və sağlamlıqları ciddi təhlükə qarşındadır. Ətrafa sızan qaz insanlarda ciddi xəstəliklər yaradır. Həmçinin hər an baş verə biləcək partlayış kütləvi insan tələfatına gətirib çıxaracaq.

Həmin maye qaz doldurma məntəqəsi İsmayıllı rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədovaya məxsusdur.  Orada rəhbərliyi Sevil xanımın həyat yoldaşı Nizami edir. Maye qaz doldurma məntəqəsinin yaratdığı təhlükəyə görə həmin ərazidə artıq bir neçə sakin evlərinin qapısını bağlayıb oradan köçüblər. 

Mən Nizami küçəsi ərazisində 600 kv-m sahəsi olan obyekt inşa etdirib, orada sahibkarlıq fəaliyyəti ilə məşğul oluram. Ancaq rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədovaya məxsus maye qaz doldurma məntəqəsinin yaratdığı təhlükəyə və ətrafa yaydığı zəhərli qaza görə fəaliyyətimizi dayandırmaq məcburiyyətində qalmışıq.

Burada yaşayan sakinlər və fəaliyyət göstərən sahibkarlar müvafiq orqanlara şikayət ərizəsi ilə müraciətlər ediblər. Ancaq Sevil Əhmədova vəzifədə olduğu üçün qanunlara güc gələ bilir. Qeyd edim ki, həmin maye qaz doldurma məntəqəsinin başqa əraziyə köçürülməsi üçün qərar verilib, onlara yer ayrılıb. Ancaq Sevil Əhmədova çıxarılan qərara əməl etmək istəmir. 

Məcbur olub mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə müraciət edirik. Cənab prezident siz vətəndaşların daima qayğısına qalırsınız, sahibkarlığın inkişafına kömək olursunuz. Sizdən xahiş edirik, İsmayıllı şəhəri Nizami küçəsi ərazisində fəaliyyət göstərən insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan maye qaz doldurma məntəqəsinin başqa əraziyə köçürülməsinə göstəriş verəsiniz”.

***

İcra hakimiyyəti başçısının müavini Sevil  Əhmədovanın qohumu olduğunu bildirən Ramil Həsənov redaksiyamızla əlaqə saxlayaraq sözügedən maye qaz doldurma məntəqəsinin 1998-ci ildən fəaliyyət göstərdiyini və qeyri-qanuni iş görülmədiyini bildirib: "Şikayətdə qeyd olunanların hamısı böhtandır. Yanacaqdoldurma məntəqəsi nə sakinlər, nə də ətrafdakı obyektlər üçün təhlükə yaratmır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!