İcra başçısının oğlu 1.3 milyon dollara ev aldı

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısının oğlu 1.3 milyon dollara ev aldı

Sosial

03 Sentyabr 2019 12:24 1134


Saatlı rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovun oğlu Anar İsmayılovun Kanadada şirkəti və mülkü üzə çıxıb. 

“Yeni Sabah” Azeuronews.com xəbər verir ki, başçı oğlunun şirkəti və mülkü Anar İsmayılovun Kanadanın paytaxtı Torontonun “North York” bölgəsində yerləşir.

Anar İsmayılovun mülkünün 1 milyon 300 min dollar (2 milyon 210 min manat) dəyərində olduğu bildirilir. Sezar pizza

Qeyd edək ki, ölkəmizdə dəbdəbəli həyat tərzi sürən məmurlarından biri də Saatlının icra başçısı Nazim İsmayılov və ailə üzvləridir. 2001-ci ildən Göyçay, Şamaxı, Sabirabad rayonlarını idarə edən və hazırda Saatlının icra başçısı vəzifəsini tutan Nazim İsmayılovun bu və digər yollarla topladığı milyonları və mülkləri barədə ölkə mətbuatında təkzib olunmayan məlumatlar dərc olunub. Həmin məlumatlarda qeyd olunur ki,icra başçısının Bakıda bir neçə villası, yüzminlərlə manat dəyərində maşınları, başqa dəyərli obyektləri var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!