İcra başçısının parnikinin 70 min qaz pulu borcu var

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısının parnikinin 70 min qaz pulu borcu var

Rəsmi

18 İyul 2019 06:12 3492


Salyan rayon İcra Hakimiyyətinin keçmiş icra başçısı Tahir Kərimovun “Azəriqaz” İstehsalat Birliyinə 70 min manata yaxın borcu ortaya çıxıb. 

Sözügedən borc bir neçə il öncədən qalmış və indiyədək ödənilməmiş vəsaitdir. 

Sözügedən borc Salyanın Çadırlı kəndi ərazisində Tahir Kərimova məxsus olan 2 hekdardan artıq istixana təsərrüfatına görə yaranıb. 

Tahir Kərimov həmin istixana kompleksini Salyan rayon İcra Hakimiyyətinin başçısı olduğu illərdə yaradıb. Sözügedən istixanada xiyar və pomidor sortları becərilir. Hazırda sözügedən istixanaya Tahir Kərimovun sürücüsü olmuş Yusif adlı qohumu nəzarət edir.  Sezar pizza

“Azəriqaz” İstehsalat Birliyinin yeni mətbuat katibi Ceyhun Səfərov bildirib ki, iş gününün sonu olduğu üçün sözügedən borcla bağlı dəqiq fikir bildirmək olmayacaq.

Demokrat.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!